Ermənistan daha çox təxribata meyillidir- ÖZƏL

"Azərbaycan və Ermənistan arasında bu il ərzində nə sülh müqaviləsi, nə də hərbi əməliyyatlar olması gözlənilmir. Azərbaycan müharibədə maraqlı deyil. Baxmayaraq bəzi dövlətlər Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlar keçirməsində maraqlıdır. Bundan sonra Azərbaycana qarşı sanksiyalar və koalisiya formalaşaraq regionda öz dominantlığinı artırmağı hədəfləyir". "Olaylar" xəbər verir ki, bunu MCP Başqanın müavini Məhəmməd Əsədullazadə deyib:
"Təbii ki, Azərbaycan Ermənistanla sülh  danışıqlarinda maraqlıdır. Sərhədlərin delimitasiyası və demarkasiyasında Ermənistan tərəfinin irəli sürdüyü şərtləri danışıqlar yolu ilə həll etməyə çalışır. Amma, Ermənistan Cermux istiqamətində Azərbaycana qarşı əlavə iddialar irəli sürür və 31 kəndin nəzarətdə olduğunu vurğulayır. Ermənistan tərəfi daha çox təxribatlarda meyilli tərəfdir. Buna baxmayaraq Ermənistan ordusu döyüş qabiliyyətində deyil və şərti sərhəddə hər iki tərəf eskalasiyadan yayınacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31