Ermənistanın bütün mövcudiyyəti Azərbaycanla Türkiyənin qura biləcəyi münasibətlərdən asılıdır - ÖZƏL

"Cənubi Qafqaz bölgəsinə heç bir aidiyyatı olmayan dövlətlərin, Fransanın, Yunanıstanın, Hindistanın Ermənistanla müttəfiqlik" əməkdaşlıq edərək, dördlü şəkildə bir araya gəlmələri, bunun üçün göstərdikləri cəhdlər, hərbi alyans yaratması ehtimalları ilə bağlı verilən açıqlamalar, müsbət qiymətləndirilə bilməz. Çünki həmin dövlətlərin Cənubi Qafqazda heç bir nə nüfuzu, nə təmsilçiliyi, nə onların burada hər hansı bir formada mövcudluğu yoxdur və bundan sonra da ola bilməz. Ona görə onların Ermənistanla bu şəkildə bir araya gəlməsi ancaq bölgədə gərginliyi artırmağa xidmət edir və eyni zamanda, mən hesab edirəm ki, onların bu cəhdi əslində Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə, münasibətlərinə qarşı xüsusi olaraq təşkil olunmuş bir məsələdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Bu, effektsiz bir məsələdir, çünki onların Cənubi Qafqazda seçdikləri, əməkdaş kimi, partnyor kimi seçdikləri ölkə Ermənistan zəlil, bədbəxt və zəif bir dövlətdir. Onun Cənubi Qafqazda heç bir nüfuzu yoxdur. Ermənistanın bütün mövcudiyyəti və varlığı bundan sonra Azərbaycanla Türkiyənin qura biləcəyi münasibətlərdən asılıdır. Ermənistanın da bunu bilməsi lazımdır və buna uyğun da Ermənistan rəhbərliyinin addım atması lazımdır. Yəni Azərbaycan və Türkiyə ilə münasibət qurması Ermənistana daha çox xeyir gətirə bilər, nəinki uzaq Yunanıstan, uzaqdan da uzaq Fransa və bu bölgədə heç bir nüfuzu olmayan Hindistan. Əgər Ermənistan onlarla hər hansı bir hərbi alyans qurub, Azərbaycan-Türkiyə əleyhinə fəaliyyətlərə cəhd etsə, bu dəfə Azərbaycan ordusunun növbəti dayanacaq İrəvan olacaq, bunu da Paşinyanın bilməsi lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31