Fransa bu ölkələri qabağa ataraq bir növ özünün iqtisadi maraqlarını qorumağa çalışır - ÖZƏL

"Biz bu günə qədər daha çox Cənubi Qafqazda Fransanın Ermənistana dəstək verməsi, hərbi yardımlar və digər yardımlar fonunda regionda gərginliyin artırılmasını müşahidə edirdiksə, rəsmi Paris bir müddətdir siyasi xəttində dəyişiklik edib. Yəni Azərbaycana qarşı və regionda sabitliyi pozmağa yönəlik siyasətini artıq pərdələyir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Faktiki olaraq, prosesdə Hindistanın, Yunanıstanın və Yunanıstanla birgə Kiprin də Ermənistana silah yardımları etməsi əslində Parisin vahid planı əsasında formalaşmış bir şeydir. Yunanıstan və Kipr aydın məsələdir ki, əvvəldən bəri Ermənistana dəstəkləri var və Ermənistanla birlikdə hərəkət edirlər. Amma Hindistanın da prosesdə olması əslində həm də Qərb-Azərbaycan narazılıqları fonunda diqqət çəkir. Yəni, Paris təkcə Avropa ölkələrini deyil, həm də region xarici ölkələri (Hindistan kimi) prosesə cəlb edərək, Azərbaycanı bir növ mühasirəyə almaq istəyir.
Təbii ki, Azərbaycanın bütün proseslərin məntiqi yekunu bilir və Fransanın nə etmək istədiyini də yaxşı bilir və deyə bilərik ki, cavab addımlarımız hər zaman hazırdır. Fransa faktiki olaraq həm də Gürcüstanla Azərbaycan arasını vurmağa çalışır. Məlum olduğu kimi, Ermənistana bu silahlar Gürcüstan üzərindən aparılır və bununla bir növ Azərbaycanın iqtisadi maraqlarını zədələməyə çalışır. Çünki bizim layihələrimizin əksəriyyəti Gürcüstan üzərindən gedir. Yəni iki ölkə arasında narazılıq yaradaraq bu layihələrin baltalanmasına çalışılır.
Yunanıstanla da bizim əslinə qalsa, layihələrimiz var. Yəni TANAP layihəsinin ardı olan TAP layihəsi bu ölkədən keçir və iki ölkə arasındakı siyasi münasibətlərin pisləşməsi iqtisadi münasibətlərə də təsir edə bilər ki, Fransanın əslində istədiyi də budur. Fransa bu ölkələri qabağa ataraq bir növ özünü iqtisadi maraqlarını qorumağa çalışır. Azərbaycanın zəiflədilməsində, regionda gərginliyə maraqlı olan Paris Azərbaycandakı iqtisadi maraqlarını təhlükəyə atmaq istəmir. Məlum olduğu kimi, "Total" şirkətinin Azərbaycanda neft payları var, neft yataqlarında paya sahibdir. Bu baxımdan da Fransanın iqtisadi maraqların qorunması baxımından bu tipli addımlar atılır.
Ümumiləşdirsək deyə bilərik ki, Fransa region Ermənistan ətrafında bir koalisiya formalaşdırmağa çalışır, Azərbaycanın əleyhinə və regionda sabitliyi pozmağa çalışır. Silah yardımları və hərbi yardımlar da bunun ən real göstəricidir. Amma özü tədricən pərdə arxasına keçərək birbaşa aktr olmaq istəmir və bunun da əsas səbəbi iqtisadi və kommersiya maraqları ilə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31