Türkiyə XİN başçısının müavini Fəxri və Şəhidlər xiyabanlarını ZİYARƏT ETDİ

Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Olaylar.az-ın xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Diplomat həmçinin "Əbədi məşəl" abidəsi önünə əkil qoyub.

Yasin Ekrem Serim "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb. (Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31