Azərbaycan Avropa üçün olduqca vazkeçilməz müttəfiqdir-Əli Mustafa- ÖZƏL

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının çərçivəsində nazirlərin iclası keçirildi. Yaşıl Enerji bir qədər yeni layihədir. Bu, Xəzər dənizində olan alternativ enerji mənbələrinin əldə olunması, kabel vasitəsi ilə Avropaya çatdırılması layihəsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Cənub Qaz Dəhlizi artıq 10 ildir ki, fəaliyyət göstərən layihədir. 2014-cü ildə ilk saziş imzalanmış və bundan sonrakı illərdə Azərbaycandan Avropaya çəkilən qaz kəmərinin müxtəlif hissələri istifadəyə verilmiş və nəhayət 2020-ci ildə bütövlükdə bu layihələr əlaqələndirilmiş, Azərbaycan qazı Avropaya ixrac olunmağa başlamışdır. Hal-hazırda Azərbaycan Avropa İttifaqının qaz ehtiyacının 14%-ni təmin edir, amma Cənub və Mərkəzi Avropa ölkələri Azərbaycan qazına daha çox ehtiyacın olduğunu bəyan edirlər. 2027-ci ilə qədər qazın həcminin artırılmasını arzulayırlar. 
Tədbirdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Simsonun da iştirak etməsi onu göstərir ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq kifayət qədər ciddi qiymətləndirilir. Hətta bu istiqamətdə Azərbaycanın əhəmiyyətini qeyd etmək üçün bir faktı bildirim ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə Azərbaycan Respublikası Prezidentinin imzaladığı strareji tərəfdaşlıq sazişi də önəmlidir. Məhz 2022-ci ildən Aİ Azərbaycanı özünə strateji tərəfdar olaraq seçmişdi. Bu tərəfdaşlığın bir sıra sahələrdə, xüsusilə enerji daşıyıcılığı sahəsində əməkdar fəaliyyəti xüsusi önəm kəsb edir. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının çərçivəsində nazirlərin görüşləri olduqca əhəmiyyətlidir, yoldaşlığın bərkiməsinə gətirən faktdır. Tədbir iştirakçıları Azərbaycanın əhəmiyyətini dəfələrlə qeyd edilər. Bir sıra dövlət nazirləri, ölkələrin rəsmi nümayəndələri iştirak edirdilər. Bu tədbirlər davam edəcəkdir. Bu tədbirin keçirilməsi həm də ona görə önəmlidir ki, Azərbaycan doğurdan da bu gün Avropa, Aİ üçün olduqca vazkeçilməz müttəfiqdir. Azərbaycan qazı onlar üçün önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31