Ceyhun Bayramov Qırğızıstanlı həmkarı ilə görüşüb
1 Mart 2024 11:21 SiyasətAzərbaycan xarici işlər naziei Ceyhun Bayramov Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə nazirin sosial media hesabında qeyd edilib.
"Türk Dövlətləri Təşkilatı daxil daxil olmaqla müxtəlif çoxtərəfli platformalarda ikitərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı geniş müzakirələr apardıq", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, "Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı" panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.