44 günlük Vətən müharibəsi dünya erməniliyi üzərində qələbəmizi təmin etdi- ÖZƏL
1 Mart 2024 10:36 Siyasət"2020-ci ilin sentyabr ayının 27 -də başlanan və cəmi 44 gün davam edən II Qarabağ müharibəsi Prezident İlham Əliyevin müəyyənləşdirdi həll variantının problemin həlli üçün düzgün variant olduğunu təsdiq etmiş oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev deyib: "Şuşanın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi yalnız Ermənistan üzərində qələbəni deyil, cənab Prezidentimizin söylədiyi kimi dünya erməniliyi üzərində qələbəmizi təmin etdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə Ermənistana konstruktiv mövqe sərgiləməyə, bundan sonra yerdə qalan məsələlərin danışıqlar yolu ilə həll edilməsinə şərait yaratdı. Lakin Ermənistan hökuməti və Qarabağda yaşayan ermənilər yenə də xarici havadarlarının dəstəyinə arxalanaraq konstruktiv mövqe sərgiləməkdən boyun qaçıraraq əvvəlki separatçılıq fəaliyyətlərini davam etdirdilər və nəticədə Azərbaycan 2023-cü ilin sentyabr ayının 19-da lokal antiterror əməliyyatı keçirməyə məcbur oldu. Cəmi 23 saat 45 dəqiqə davam edən lokal antirerror əməliyyatı nəticəsində qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etməli oldular. Bununla da Azərbaycan ərazisində illərdən bəri fəaliyyət göstərən separatizmə son qoyuldu və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi".