Gec də olsa, haqq-ədalət öz yerini tapdı- ÖZƏL

"Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun hünəri sayəsində Xocalı cəlladları məhv edildi, Xocalının qisası alındı. Bu qüruru, xoşbəxtliyi bizə Müzəffər, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu, Vətən uğrunda sinəsini düşmənə sipər edən şəhidlərimiz yaşatdı. Artıq qürurla hər yerdə deyirik ki, Azərbaycan xalqı qalib xalqdır və öz qisasını düşməndən layiqincə aldı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: 
 ""Xocalıya ədalət!" tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı,- deyə vurğulayan Qalib Lider cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti sayəsində xalqımıza qarşı soyqırımı törədən, əli xalqımızın qanına batmış daşnaklar, erməni qatilləri layiqli cəzalarını aldılar. Gec də olsa, haqq-ədalət öz yerini tapdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31