İşğaldan azad olunmuş ərazilərdə gülüstan yaradılır- ÖZƏL
1 Mart 2024 10:28 Siyasət"İşğaldan azad olunmuş ərazilərdə sözün həqiqi mənasında gülüstan yaradılır. Yeni şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Füzuli rayon təşkilatını sədri Nazimə Şamıyevanın sözlərinə görə, işğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır: "Dünyanın yeniləməz ordusu olan Azərbaycan Ordusu sərhədlərimizdə erməni təxribatlarına layiqincə cavab verir. Bir sözlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında alındı. Yəni qisas qiyaəmətə qalmadı. Xocalının işğaldan azad edilməsi bir daha onun təsdiqidir ki, Azərbaycan güclü dövlətdir və xocalıların qisası alındı. Bu soyqırımı törədənlər isə hələ də tam olaraq cəzalandırılmayıblar. Lakin o gün də uzaqda deyil və bu istiqamətdə də hərbi və siyasi uğurlarımız öz məntiqi sonluğuna çatacaqdır".