YAP nümayəndə heyəti Türkiyəyə səfər edib
1 Mart 2024 10:14 SiyasətYeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər edib.YAP-dan "Olaylar"a bildirilib ki, nümayəndə heyəti Türkiyə Respublikası Prezidentinin himayədarlığı əsasında bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən "Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq" mövzusunda keçirilən III Antalya Diplomatiya Forumunda iştirak edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.
YAP nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli daxildir.