Qurulan tələlərə qarşı uğurlu qələbələr əldə etməyə davam edirik-Kazım Kazımov- ÖZƏL
29 Fevral 2024 18:31 Siyasət"Biz bilirik ki, Cənubi Qafqazda baş verən prosesləri Cənubi Qafqazdan daha xaricdəki qüvvələr idarə etməyə çalışırlar".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Hələ 1988-ci ildə Azərbaycana qarşı qurama bir Sumqayıt hadisəsi baş vermişdi. Bu KKB-nin erməni faşistlərinin xalqımıza, Qafqazdaki barışa qarşı qurduğu bir avantüra idi. Sumqayıt hadisələri baş verəndə Qərb mətbuatı, Qərbdəki diplomatlar, ermənipərəst lobbilər, erməni lobbisinin özü Azərbaycan xalqına qarşı geniş mürtəce bir kampaniya başlatdılar. Biz bilirik ki, 1988-ci ildən bu yana Azərbaycan dəfələrlə Qərbin ikiüzlü şantajçı və Azərbaycanın haqlarını görməzdən gələn hərəkətlərinin şahidi oluruq. 1992-cu ilin oktyabrında ABŞ-nin Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş, Xocalı hadisələrini sanki baş verməyibmiş kimi Qərbin istisnalar xaric, tanımaması, bundan ziyadə, Birləşmiş Millətlərdə qəbul edilmiş müddəaların heç birinin yerinə yetirilməməsi bizə çox aydın göstərdi ki, Qərb bu prosesləri Azərbacanın xeyrinə deyil də, işğalçıların xeyrinə həll etmək istəyir. Bunu da unutmayaq ki, Azərbaycan 30 il ərzində baş verən proseslərin çox yaxşı fərqinə vardı. Azərbaycan Qərbdəki sağlam dairələrlə güc əlaqələri qurdu. Azərbaycan ordusunun, xalqının, hakimiyyətinin həmrəyliyi ilə biz bölgədəki bütün proseslərə öz nəzər nöqtəmizdən nəzarət etmək imkanına sahib olduq. Qarabağımızı döyüş yoluyla azad etdik. Azərbaycana qarşı qara kampaniya quranların kampaniyasını rədd etdik. Bu gün isə Avropa Parlament Assambleyasında və digər diplomatik dairələrdə qaçaqmalçı, bütün keçmişi qara və qara pullarla özünə oliqarx sistem inşa etmiş Karapetyanlara məcbur qalmış Avropadakı siyasi qüvvələri görürük. Karpetyan kimi avatüristlərin əlinə baxan və bütün hüquq və azadlıqları bir neçə yüz min, bəlkə də milyon dollara satan Qərb dairələri görürük. Hansı ki, bunlar ağızlarını açanda ağızlarına çullu dovşan sığmır, insan haqlarından, azadlıqlardan və digər ideyalardan bəha edirlər. Bunların hamısının altında Karapetyanlardan alınan qara pullar, antiazərbaycançılıq mövqeyi var. Hesab edirlər ki, onlara kim daha çox pul verərsə, o haqlıdır. Ancaq tarix göstərmişdir ki, yalan ayaq açar, ancaq yeriməz. Azərbaycan xalqı haqq işini görüb, Azərbaycan haqlı tərəfdir. Haqq işinə uyğun olaraq da biz bu gün azad bir Qarabağa sahibik. Bizə qurulan tələlərə qarşı uğurlu qələbələr əldə etməyə davam edirik".
Zeynəb Rzayeva