Onlar erməni lobbilərinin pulu ilə hakimiyyətə gəlirlər-Elşad Həsənov- ÖZƏL
29 Fevral 2024 17:54 Siyasət"Bu gün Avropa Parlameti, Avropa İttiqafında çalışan bir çox deputatlar, komissarların maliyyələşdirilməsinin arxasında erməni lobbisi durur. Çünki, onlar ermənilərin, həmin o lobbinin qabaqda gedən adamlarının pulu ilə siyasətə gəlirlər, seçkilərdə qalib gəlirlər, elə Fransanın Prezidenti Makron".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:
"O, Parisdəki erməni diasporasının sədri Murad Papazyanın pulu ilə ikinci seçkini qazandı və onunla ictimai görüşlər keçirdi. Həmin adam terrorizmdə axtarışda olsa da, Fransada böyük diaspora sədri, iş adamı kimi qəbul olunur, deyilir və Fransa Prezidenti ilə görüşlər keçirir. Fransa Prezindenti ikinci dəfə seçkilərdə ona çox böyük maliyyə dəstəyi göstərdi. Eyni zamanda təkcə prezidentə yox, orda hakimiyyətdə olan digər siyasi liderlərə maliyyə dəstəkləri var. Kaspar Karapetyan da keçiriləcək seçkilərdə siyasilərə dəstək olur, onlara maliyyə dəstəyi göstərir və gələcəkdə də həmin adamlar həm Karapetyanın "çaldığı musiqiyə oynamağa" məcburdurlar. Bu gün bu tendensiya Avropada müşayiət olunur. Təkcə Avropada yox, həmin bu tendensiya Amerikada da özünü göstərir. Amerikada neçə konqresmen erməni lobbisinin sözcüsü, ermənilərin vəkili kimi çıxış edirlər. Əsassız, qeyri-dəqiq məlumatları konqresdə müzakirəyə çıxarırlar. Azərbaycana qarşı müəyyən fikirlər səsləndirirlər. Bütün bunlar hamısı ermənilərin apardığı düzgün olmayan siyasətin nəticəsindədir. Bu da gərək hər birimiz tərəfindən vaxtında ifşa oluna, onların iç üzü açıla. Kaspar Karapetyan çox məhşur, imkanlı bir adamdır. Təsəvvür edin ki, Rusiyaya qarşı ən kəskin sanksiyaların aparıldığı vaxtda, onun biznesinə qarşı heç bir sanksiya tədbiq olunmur. Necə deyərlər, pulunu lazımi yerlərə verir və həmin Avropa İttifaqı, Amerika həmin sanksiyaları qıraqda qoyur. Belə bir fikir mövcuddur ki, bunlar elə müharibədən də pul qazanırlar. Erməni bicliyi, çoxbilmişliyi burdan da pul qazanır və pulu da belə şeylərə xərcləyirlər. Ancaq bunlar hamısı boş məsələlərdir. Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyini biz dəfələrlə ifşa etmişik və onların bizim nümayəndələri ordan çıxarması məsələsi haqqında da Cənab Prezident çox dəqiq bildirdi ki, 1 il müddətində Azərbaycan nümayəndə heyəti öz yerlərinə qayıtmasa, belə Avropa İttifaqı, Avropa Parlamenti nəyimizə lazımdır. Problemlərimizi eşitmir, məsələlərimizə dəstək olmurlarsa, bizə əks olan tərəfi müdafiə edir, onlara yönəlik bəyanatlar səsləndirirlərsə, bizə belə bir Parlament, Avropa İttifaqı lazım deyil".