Azərbaycanın həm tranzit, həm də enerji imkanları bu gün Avropa Birliyi üçün hava, su qədər lazımlıdır-Sultan Zahidov- ÖZƏL

"Son bir neçə ildir ki, Avropa Birliyinin müəyyən institutlarında o cümlədən, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqe hökm sürməkdədir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bu mövqe nəinki Avropa Birliyində, bir sıra başqa təşkilatlarda o cümlədən, AŞPA-da da mövcuddur. Bu cür mövqenin də əsas səbəblərindən biri  Avropanın, müəyyən dövlətlərinin o cümlədən, Fransanın bəhs olunan institutlar vasitəsilə Azərbaycana qarşı təsir və təzyiq mexanizmlərini həyata keçirməsidir. Daha dəqiq desək, Fransa çalışır ki, Cənubi Qafqazda müəyyən məkrli planlara, "parçala və hökm sür" siyasətinə nail olsun. Ona görə də Fransa hər  vasitə  ilə  Ermənistanı dəstəkləyir və ondan bir maşa kimi istifadə edərək Qafqazda öz mövqeyini möhkəmlətməyə çalışır. Rusiya-Ukrayna müharibəsi fonunda Fransa üçün real imkan yaranıb ki, Rusiyanın başının Ukraynaya qarışıq olmasından dolayı yaranan boşluğu doldursun. Sözsüz ki, regionda Azərbaycan-Türkiyə birliyi buna qarşı duran əsas faktorlardır. Məhz buna görə də Fransa müxtəlif vasitələrlə Azərbaycanın statusunu alçaltmağa, Azərbaycana qarşı qara kampaniya həyata keçirməyə çalışır. Fransa üçün bu vasitələrdən biri də üzv olduğu beynəlxalq təşkilatlardır. AŞPA-da biz bunun nəticəsini gördük. Parlamentin deputatları tərəfindən Azərbaycana qarşı qeyri-adekvat, əsassız fikirlər səsləndirildi. Azərbaycan dırnaraqarası etnik təmizləmədə günahlandırıldı. Nəticədə də biz öz nümayəndəliyimizi geri çəkdik. Avropa Birliyi Parlamentində də  oktyabr ayında Azərbaycana qarşı sanksiyaları çağırış edən qətnamənin qəbulunun şahidi olduq. Bu qətnamədə Azərbaycanın müəyyən rəsmilərinə qarşı sanksiyaların tətbiqi, onların hesabların dondurulması məsələsi qeyd olunmuşdur. Yenə də bununla bağlı növbəti çağırışın şahidi oluruq. Bu ona dəlalət edir ki, birincisi Fransanın Avropa Parlamenti üzərində öz təsirindən istifadə edərək bu kimi kirli prosesə start verməsini göstərə bilərik. Eyni zamanda, erməni diasporasının, erməni lobbi qruplarının nüfus dairəsi altında olan, onların kirli pulları ilə dolanan Avropa Parlamentinin millət vəkilləri, deputatları var ki, onlar da bu prosesin əsas iştirakçılarıdırlar. Azərbaycana qarşı qətnamə sanksiyaları üçün heç bir ciddi əsas yoxdur. Azərbaycan beynəlxalq hüquqa hörmət edib, heç bir prinsipinə pozmayıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycan Qarabağ erməni sakinlərinin orada yaşaması üçün hər cür şəraiti yaradan, sakinlərin inteqrasiyası üçün müxtəlif imkanlar təqdim edən ölkədir. Ermənilər könüllü şəkildə oranı tərk etmək istəyiblər. Burada hansısa etnik təmizləmədən söhbət belə gedə bilməz. Digər tərəfdən də Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Çünki, Azərbaycan faktiki olaraq Avropa Birliyinin üzvü də deyil. Amma biz görürük ki, Parlamentdə yenə də eyni mövqedən çıxış edilir. Müəyyən qüvvələrin, Fransanın və erməni diasporasının təsiri ilə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirilməkdədir. İstənilən halda, bu sanksiyalar qəbul olunsa belə Azərbaycan bundan sarsılan deyil. Azərbaycanın özünü təmin etməyə yetəcək kifayət qədər resursları, iqtisadi imkanları və əməkdaşlıq etdiyi dövlətlər vardır ki, bu sanksiyaların da Azərbaycana ciddi bir təsiri olmayacaq. Sanksiyalar ölkələrarası münasibətlərdə problem yaratmaqdan başqa fayda vermir. Rusiyaya qarşı iki ildir sanksiyalar tətbiq olunur və bunun nəticəsində Rusiya dünyanın beşinci iqtisadiyyatına çevrilib. Bu gün Azərbaycan Avropa Birliyi üçün daha əhəmiyyətlidir, nəinki Avropa Birliyi Azərbaycan üçün. Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı fonunda Azərbaycanın həm tranzit imkanları, həm də enerji imkanları bu gün Avropa Birliyi üçün hava, su qədər lazımlıdır. 20022-ci ilin iyulunda Ursula von der Leyen Azərbaycana səfər etmiş, Azərbaycanla enerji sahəsində əməkdaşlıq sazişi imzalamışdır. Bu özü onu göstərir ki, Avropa Komissiyası və Avropa Birliyi Şurası Avropa Parlamentinin sanksiyalar çağırışına məhəl qoymayaraq Azərbaycanla əməkdaşlığı davam etdirəcəkdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31