Qərbin mütləq monopoliya erası başa çatıb
1 Mart 2024 14:47 SiyasətAvropa Parlamenti ölkəmizə qarşı təhdidlərindən heç nə əldə etməyəcək
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı məkirli niyyətlərini hələ də davam etdirməkdədirlər. Azərbaycan açıq şəkildə bəyan edib ki, istənilən dövlət, yaxud beynəlxalq təşkilatla qarşılıqlı, bərabərhüquqlu və ikitətəli münasibətlər zəminində əməkdaşlıq etməyə hazırdır. Həmçinin bildirib ki, heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur, əksinə regioanda və deynəlxalq aləmdə sülh və təhlükəsizliyin tərəfdarıdır. Üstəlik bu məqsədlə mütəmadi olaraq gerçək təşəbbüslərlə çıxış edib. Lakin Azərbaycanın bütün cəhdlərinə baxmayaraq regionda "yağlı əppək" əldə etmək niyyətində olan qüvvələr ölkəmizə qarşı şər və böhtan kampaniyalarından əl çəkmirlər. Son zamanlar ölkəmizə qarşı aparılan qərəzli informasiya müharibəsi də bu məkrli niyyətin tərkib hissəsidir. Onu da qeyd edək ki, sözügedən planın reallaşması istiqamətində Avropa dövlətləri və onların himayəsi altında olan təşkilatlar daha çox canfəşanlıq edir. Elə Avropa Parlamentinin də ölkəmizlə bağlı qəbul etdiyi silsilə bəyənat və qərarlar fikrimizi bir daha sübut etmiş olur. Qurum tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi və heç bir əsası olmayan qətnamənin qəbul edilməsi artıq əndazəni aşmaq həddinə dəlalət edir. Azərbaycanın ikitərəfli və qarşılıqlı maraqlar çərçivəsində bütün ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərini qurmaq istəyinə qarşı olan belə qətnamələr şübhəsiz ki, tərəflər arasında körpülərin yandırılmasına səbəb ola bilər. Lakin bunun fərqinə varmayan Avropa Parlamenti bütün mümkün rıçaqlarını işə salaraq ölkəmizə qarşı təzyiq kompaniyasını davam etdirir.
Əvvala qeyd edək ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir hüquqi və siyasi əsası yoxdur. Çünki, quruma daxil olan ölkələr sənəddə əksini tapmış cəfəng ittihamları qəbul etmir. AP-ya üzv dövlətlər dıqiq bilirlər ki, qurumun adından hazırlanan bu tipli sənədlər məqsədli xarakter daşıyır və korrupsiya mənbəyi rolu oynayır. Elə Azərbaycanla bağlı qəbul edilən qətnamənin də erməni lobbisinin pulu ilə işləyən deputatlar tərəfindən səsləndirilməsi təsadüfi deyil. Məlum oduğu kimi Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və bu kompaniya üçün lobbilərin siyasi və maddi dəstəyinə ehtiyac var. Fakt ondan ibartdir ki, ölkmizə qarşı olan qəbul edilən qətnamənin maliyyələşməsinin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. Bu şəxsin adı isə çirkli pulların yuyulması, korrupsiya doplomatiyasi kimi qalmaqallı cinayətlərdə çəkilir. "Qanlı brilyant qaçaqmalçısı" imicini qazanmış Karapetyanın adı konkret olaraq Avropa Parlamentində və Aİ-dəki bəzi rəsmiləri maliyyələşdirməsi, onların əli ilə Aİ-nin Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olması, Ermənistandan da almazlar eyni qaydada Belçika vasitəsilə cilalanıb satılmasında keçir. Karapetyanın biznesi bu kimi qanunsuz əməllər üzərində qurulub və AP deputatlarına verilən rüşvətin mənbəyi hesab olunur. Təsadüfi deyil ki, Azərbaycana qarşı çıxan deputatların mütləq əksəriyəti eyni qabdan xörək yeyən, başqa sözlə, bundan əvvəl də AP-da eyni mövqedən çıxış edən şəxslərdir. Prezident İlham Əliyevin Almaniya biznes nümayəndələrini qəbul edərkən bu iyrənc oyunları ifşa etməsi də təsadüfi deyil: "Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!" Güman ki, Prezident İlham Əliyevin açıqlamasından Avropa parlamenti müsbət nəticə çıxaracaq. Ölkə başçısının bu çıxışından sonra Avropa parlamentinin erməni lobbisinin təsiri altında olan və olmayan qüvvələri öz səhvlərini başa düşəcəklər.
O da şübhə doğurmur ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı qurulan oyunların arxasında Fransa prezidenti Makron kimilər, Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, sələbçi və neokolonial təfəkkürlü agentlər dayanır. Lakin bütün sadalananlara baxmayaraq, Avropa Parlamenti ölkmizə qarşı təhdidlərindən heç bir yaxşı nəticə əldə etməyəcək. Çünki artıq Qərbin mütləq monopoliya dövrü başa çatıb. Odur ki, əgər Avropa Parlamenti və qurumları Azərbaycana qarşı qərəzdən əl çəkməsələr, münasibətlər heç də yaxşı olmayacaq. Azərbaycanın istəyi ondan ibarətdir ki, beynəlxalq təşkilatlar Azərbaycana beynəlxalq hüquq prinsipləri və qanunun aliliyi ilə yanaşsınlar. Yalnız bu halda Azərbaycan Avropa İttifaqı, Avropa parlamenti və digər qurumları ilə normal münasibətlər qura bilər və mövcud münasibətlər normallaşar. Əks halda, biz heç kəsə, heç bir dövlətə, təşkilata Azərbaycanla istədiyi kimi davranmağa, öz maraq və prinsiplərini üstün tutmağa imkan verməyəcəyik. Azərbaycan xarici siyasəti hər zaman tərəfdaşlığa və əməkdaşlığa tam hazırdır. Çünki burada Avropanın maraqları olduğu kimi, Azərbaycanın da maraqları var.
Alim