Xalqımız seçki məntəqələrinə gedərək dövlətimizin gələcəyi naminə səs verib- ÖZƏL
9 Fevral 2024 10:44 SiyasətNövbədənkənar prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb və seçkilər qanunvericiliyin tələblərinə, bütün qabaqcıl standartlara uyğun təşkil olunub. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşdə deyib.
Spiker qeyd edib ki, bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də yüksək seçici fəallığının qeydə alınmasıdır: "Xalqımız seçki məntəqələrinə gedərək dövlətimizin gələcəyi naminə səs verib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31