Deputat serbiyalı həmkarları ilə parlament diplomatiyasından danışıb

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev  növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikası Parlamentinin sədr müavini SandraBoziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, qonaqları salamlayan Azay Quliyev Azərbaycanın Serbiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirib, həmçinin prezident seçkilərini müşahidə etmək üçün dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib. Söhbət zamanı Azay Quliyev beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyəti və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb. 

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrdən bəhs edən xanım BoziçAzərbaycanda seçkilərin demokratik prinsiplərə və qanuna uyğun şəkildə keçirilməsini görməkdən çox məmnun olduğunu, Xankəndində və Şuşada prosesi izlədiklərini qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Nurlan Həsənov ölkələrimiz arasında əməkdaşlığın gələcək perspektivləri barədə danışıblar. Görüşdə Sebiyanın Azərbaycandakı səfiri DraqanVladislavyeviç, Serbiya parlamentinin deputatı DusanMariç,MillimirVujadinoviçvə digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31