Fəzail İbrahimli Braziliya parlamentinin senatorları ilə görüşüb

Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya parlamentinin senatorları NelsonTradFilxo və KarlosVianailə görüşüb. "Olaylar" xəbər verir ki, Fəzail İbrahimli qonaqları salamlayaraq bu tarixi günlərdə onların Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib. O, qonaqlara ölkəmizin qazandığı uğurlar, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkiləri, ölkəmizdə bərqərar olmuş xalq-dövlət birliyi barədə məlumat verib. Söhbət zamanı Fəzail İbrahimli Azərbaycan və Braziliya arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb. 

Görüşdə Braziliya parlamentinin senatoru NelsonTradFilxo ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq fevralın 7-də keçirilmiş seçki prosesini müşahidə zamanı vətəndaşların göstərdikləri fəallıq, onların seçkiyə göstərdikləri diqqət, prosesin yüksək səviyyədə təşkil olunması barədə fikirlərini bölüşüb, seçkilərin uğurlu keçirilməsinə görə təbriklərini çatdırıb. 

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, təhsil və digər sahələrdə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli, qrupun üzvü Vüqar Bayramov, deputat AnatoliyRafailov və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31