Demokratik cəmiyyətin əsas faktorlarından biri də budur-Oqtay Qasımov -ÖZƏL
8 Fevral 2024 17:56 Siyasət"Əlbəttə ki, seçkidə iştirak edən namizədlərin qalib gələn namizədi təbrik etməsi çox müsbət bir hal kimi dəyərləndirilir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu ölkədə siyasi mədəniyyətin yüksəlməsinə və seçkilərdə qalib gələn tərəfin təbrik edilməsi ənənəsinin qoyulmasına, bunun inkişaf etməsinə səbəb olacaq. Demokratik cəmiyyətin əsas faktorlarından biri də budur. Azad və ədalətli seçkilər keçirilməsinə nail olmaqla, ədalətli seçkilər nəticəsində qalib gələn namizədin, yaxud siyasi qüvvənin təbrik edilməsi ölkədə siyasi mədəniyyətin inkişafına töhfə verə bilər deyə düşünürəm. Seçkidən sonra digər namizdələrin qalib gələn Prezidenti təbrik etməsi də müsbət hal kimi dəyərləndirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31