Azərbaycan bu rakursda da örnək addım nümayiş etdirdi-Tural İsmayılov- ÖZƏL

"Hesab edirəm ki, bu ölkədəki demokratik ənənələrin üstünlüyünü göstərir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Əslində, seçkilərdə məğlub olan tərəflərin ölkə başçısını layiqli qələbəsiylə təbrik etməsi Azərbaycanın siyasi münasibətlər sisteminin nə qədər örnək olduğunu nümayiş etdirdi. Bir daha göründü ki, Azərbaycanda siyasi mübasibətlər sistemində ancaq radikallığı və xaosu təbliğ edən qüvvələr yoxdur. Bütün hər şeyə rəğmən kifayət qədər aydın, savadlı və açıq mövqe qoymağı bacaran insanlar var. Bu baxımdan demokratik ənənələrin inkişafı baxımından da seçkidə məğlub olan tərəfin ölkə başçısını təbrik etməsi siyasi mədəniyyət sisteminin Azərbaycanda nə qədər yüksək səviyyəli olduğunu nümayiş etdirir. Həm də Azərbaycan bu rakursda da dünyanın bir çox ölkələrinə istər demokratik anlamda, istərsə də seçki alicənablığı və seçki mədəniyyəti baxımından örnək olan bir addımı nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31