Azərbaycanın uğurları bütün Türk dünyasını sevindirir- ÖZƏL
8 Fevral 2024 17:10 Siyasət"Azərbaycanın uğurları qardaş ölkə olaraq, Türkiyəni, ümumiyyətlə, bütün Türk dünyasını sevindirir". "Olaylar" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin müşahidə missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib: "Qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir".
Şamil Ayrım həmkarları ilə birlikdə çoxsaylı seçki məntəqələrində prosesi izlədiklərini bildirərək, qeyd edib ki, onların müşahidələri seçkilərin çox şəffaf şəkildə keçirildiyini deməyə əsas verir: "Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs veriblər və hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb".