Bizi Azərbaycanın yüksəlişi yolunda yeni vəzifələr gözləyir-Elman Cəfərli- ÖZƏL
8 Fevral 2024 16:07 Siyasət"7 fevral prezident seçkiləri müasir Azərbaycan tarixində yeni dövrün başlanğıcını qoydu. 20 illik bir dövr qapandı. Son 20 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli ordu yaratdı, iqtisadiyyat gücləndi, ölkənin beynəxalq nüfuzu artdı".
Bu sözləri Olaylar.az-açıqlamasında"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib:
"2020-ci ilin payızında 44 günlük müharibədə işğalçı Ermənistana qalib gəldik. Ermənistan Şərqi Zəngəzuru və Qarabağın bir hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Qarabağdakı qanunsuz erməni silahlı dəstələri ləğv edildi, 33 illik münaqişə tarixin arxivinə verildi. Bütün bu qələbələri Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi silahlı qüvvələr və Zəfər komandası qazanmışdı. Lakin Azərbaycanın Qarabağ münaqişəsini öz gücü ilə həll etməsi bir sıra erməniyanlı dairələri narazı salmışdı. Avropa mərkəzli beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli münasibətin sərgilənməsi, ədalətsiz qərarların qəbul edilməsi onu göstərir ki, hələ gediləsi uzun yolumuz var. Döyüş meydanında qalib gəldik, işğalçını qovduq, ona kapitulyasiya imzalatdıq, ancaq onların hamilərinə qalib gəlməli, öz iradəmizi qəbul etdirməliyik.
7 fevral seçkilərində iştirak etdim, bir neçə seçki məntəqəsində oldum, insanların seçkiyə axın etdiyini gördüm. İzlədiyim digər video-materiallardan aydın olur ki, Azərbaycan xalqı bu seçkidə elliklə iştirak etdi. Sanki xalq torpaqlarımızı azad etdiyimizə görə, bizi təhdid etdən beynəlxalq güclərə mesaj verdi. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan xalqı son 4 ildə aparılan siyasətin doğruluğunu dərk edir və buna dəstək verir. Bu seçkidə ən çox yadda qalan əslən işğaldan azad olunmuş bölgələrdən olan ayrı-ayrı insanların sosial şəbəkə hesablarında etdiyi paylaşımlar oldu. Bu insanların bir qismi bəlkə də ayrı-ayrı siyasi təşkilatların üzvüdür. Çoxunun heç partiyalılığı yoxdur. Ancaq hamısı səsvermədə iştirakla bağlı etdiyi paylaşımlarda "minnətdarlıq borcumu yerinə yetirdim" yazdılar. Bəli, bu seçkidə Azərbaycan xalqı Qarabağ fatehi İlham Əliyevə öz minnətdarlıq borcunu verdi. Onu xarici güclərin qarşısında tək qoymayacağını göstərdi. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə İlham Əliyev seçicilərin 92.05 faizinin səsini alıb. Bu nəticə İlham Əliyevin istər daxili, istərsə də xarici siyasətdə əlini gücləndirəcək. İnkişafımızın yeni mərhələsinə qədəm qoymuşuq. Bizi qarşıda Azərbaycann yüksəlişi yolunda yeni vəzifələr gözləyir. Əminəm ki, qarşıdakı 10 ildə güclü, demokratik, firavan bir cəmiyyət qura biləcək, Qarabağa böyük qayıdışı reallaşdıra biləcəyik".