Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov İlham Əliyevi təbrik edib
8 Fevral 2024 15:40 SiyasətTürkdilli Dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədovdan
Bişkek. Qırğızıstan
Hörmətli cənab Prezident.
7 fevral 2024-cü il tarixində keçirilən seçkilərdə uğur qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti Ali vəzifəsinə seçilməyiniz münasibətilə Sizə fondumuz adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Əziz Prezidentimiz, ilk dəfədir ki işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün Azərbaycanda dinc və demokratik şəraitdə keçirilən seçkilərdə inamlı qələbəniz həm də "demokratiya" oyunbazlarına məsajdır. Çünki demokratiyanın əsas meyarı xalq və onun seçimidir.
Növbədən kənar keçirilən bu prezident seçkilərində Siz inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildiniz. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Beləliklə, Azərbaycan xalqı səsini Sizə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini bir daha nümayiş etdirdi.
Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.
Xalqımız tərəfindən yenidən lider seçilməyinizin təkcə bütün Türk Dövlətləri arasındakı bənzərsiz münasibətlər baxımından deyil, həm də bölgənin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürük.
Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə şübhəmiz yoxdur.
Bu düşüncələrlə seçkilərdə zəfərinizin həm Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını arzulayır, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər diləyirik.
30 il davam edən işğaldan sonra azad edilmiş Qarabağda və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycan torpalarında baş tutan bu əhəmiyyətli seçkilərin bütün türk dünyasına xeyirli-uğurlu olmasını arzu edirəm.