Avropa İttifaqının Kiyevə ayırdığı 50 milyard avro Ukraynanın üzləşdiyi problemləri həll edəcəkmi?- ÖZƏL
8 Fevral 2024 15:03 Siyasət"Avropa İttifaqı və ABŞ-nin Kiyev üçün nəzərdə tutduğu vəsaitin ayrılması uzun müddət idi ki, siyasi dairələrdə müzakirə mövzusu idi. Sanki Rusiya-Ukrayna müharibəsinin taleyi bu vəsaitlərdən asılıdır və pullar ayrılan kim Ukrayna əks hücumu bərpa edəcək və ya Rusiyanın amansız hücumları qarşısında layiqli müdafiə oluna biləcək. Amma bu yardımın arxasınca belə uzun-uzadı alovlu çıxış edənlər unudurdular ki, bu vaxta qədər, yəni iki il ərzində bu müharibəyə Qərb dövlətləri və ABŞ tərəfindən bu məbləğdən dəfələrlə artıq vəsait göndərilib. Amma Rusiyaya qarşı dayanmaq hər keçən gün olduqca çətinləşir. Belə olduqda Avropanın 4 il üçün nəzərdə tutduğu bu vəsait olduqca az görünür. ABŞ-ın ayırmağa təşəbbüs göstərdiyi 60 milyard dollar da istənilən nəticəni verməyəcək".
"Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimov qeyd edib ki, Avropa İttifaqının 2027-ci ilə qədər Kiyevə ayırdığı 50 milyard avro və eləcə də Amerikanın ayıracağı ( ayıra bilsə) Ukraynanın problemlərinin miqyası baxımından cüzi bir məbləğdir və təkcə bu il ölkənin Qərb sponsorlarından ala bilmədiyi maliyyə kəsiri 40 milyard dolları (37 milyard avrodan çox) keçəcək: "Bu barədə ekspertlərə istinadən "Politico" qəzeti yazıb. Qəzet qeyd edir ki, "Aİ-nin Ukraynaya yardım paketinin mürəkkəbi demək olar ki, quruyub, lakin bu miqdarartıq sadəcə dəyişiklik fonu yaratmaq məqsədi daşıyır kimi görünür", - Ukraynanın böyük çətinliklər gözlədiyi şübhə doğurmur. Eyni zamanda Avropa İttifaqı və xüsusən ABŞ xoşagəlməz reallıqla üz-üzədir, onlar Rusiyanın müharibədən qalib çıxmasını istəmirlərsə Kiyevə olduqca böyük vəsait ayırmalı olacaqlar.
Politico nəşr Avropa Parlamentinin Büdcə Komitəsinin rəhbəri Yohan Van Overtveldtdən sitat gətirir: "Aydındır ki, 50 milyard avro kifayət deyil". "Avropa anlayır ki, səylərini artırmalıdır". Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, təkcə bu il Ukraynanın maliyyə çatışmazlığı 40 milyard dolları keçəcək.
Dünya Bankının hesablamalarına görə, Ukraynanın uzunmüddətli yenidənqurma ehtiyacları 411 milyard dollar təşkil edir. Mütəxəssislər qeyd edir ki, Kiyev üçün "ən böyük risklərdən biri" yardımın olmamasının onu əhəmiyyətli miqdarda yeni pul çap etmək üçün inflyasiya yoluna sürükləməsidir.
Xəbər verildiyi kimi, 4 il müddətində 50 milyard avronun ayrılması ayda 1,02 milyard avro ödəniş deməkdir ki, bu da Kiyevin Brüsselinavro büdcəsi hesabına yardımından ayda 1,5 milyard aldığı 2023-cü illə müqayisədə Ukrayna üçün nəzərəçarpacaq dərəcədə azalma anlamına gəlir".