7 fevral  6 milyon 500 min səsin milli xora çevrildiyi bir tarixi gün idi- ÖZƏL

"Daha bir şərəfli tarixi dövr arxada qaldı. 7 fevralda Azərbaycan xalqı ərazu bütövlüyü və suverenliyi tam təmin olunmuş müstəqil dövlətinin ilk Prezident seçkilərini keçirdi. Ləyaqətlə keçirdi, böyük inam ilə, sevgi ilə keçirdi, el birliyi, əl birliyi, səs birliyi ilə keçirdi. 7 fevralda xalqımız ədalətə, sülhə, əmin-amanlığa, tərəqqiyə səs vermiş oldu". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Quliyev deyib: " Bu seçkilərdə fəal iştirak etməklə xalqımız dünya güclərinə bir daha göstərdi ki, bölgənin titul xalqı bizik və bölgənin taleyini biz müəyyən edirik. Bu seçki müstəqil dövlətçiliyimizin tarixində ən mütəşəkkil, ən  demokratik, ədalətli və nümunəvi seçki kimi qalacaqdır.7 fevralda keçiirilən prezident seçkilərində xalqımız öz yüksək seçki mədəniyyətini dünyaya nümayiş etdirdi.  Azərbaycan xalqı qədirbilən xalqdır və onu qalib xalq etmiş Liderə öz vəfa borcunu 7 fevralda layiqincə yerinə yetirdi. 7 fevral seçkilərində fəal iştirakı ilə Azərbaycan xalqı öz dövləti ilə bir yerdə olduğunu bəyan etdi, dünya güclərinə bu dövlətin sahibi də, xidmətçisi də mənəm mesajını verdi.
Bu seçkidə Azərbaycan xalqı birliyimizin simvolu olan Dəmir yumruğun haqqın yanında, zülmün qarşısında mərd dayandığını dəstəklədiyini ifadə etdi.Xalqımız bir daha öz gur səsini milli lider İlham Əliyevin məğrur səsinə qataraq ,- "Biz birlikdə güclüyük" -,dedi. Söz səsdən, səslərin nizamlı birliyindən yaranır. Məhz 7 fevralda Azərbaycan xalqının səsi pərakəndə deyildi, nizamlı idi, bir məqsədə yönələn iradə, fikir birliyinin ifadəsi idi. 7 fevralda hər kəs öz səsi ilə fikrini ifadə edirdi, hər kəs eyni mahnını solo oxuyurdu, bu səslər o qədər bir- birinə yaxın idi ki, nəticədə  bir- birinə dəstək verərək xalqın ruhuna, milləti birliyə səsləyən milli marşımıza, himnimizə çevrildi. 7 fevral  6 milyon 500 min səsin milli xora çevrildiyi bir tarixi gün idi və  bu xorda xaric səs yox idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31