Antiazərbaycan meyillərinin ortaya qoyulması səngiməyəcək-Xəyal Bəşirov- ÖZƏL

"Artıq Azərbaycan xalqı Zəfər seçkilərinin nəticələrini ortaya qoydu. Xalq onun uzun illər ərzində mövcud olan problemini həll edən, onun suverenliyini təmin edən, müstəqilliyini dünyaya bir daha çatdıran, ərazi bütövlüyünü təmin edən, ona qələbə bəxş edən liderə etimad göstərdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"Zəfər seçkisi öncəsi beynəlxalq aləmdə antiazərbaycan qüvvələrin səfərbər olunmasının əsas səbəblərindən biri də məhz bununla bağlıdır. Çünki, həmin o qüvvələr Azərbaycan xalqının qələbəsini, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını qəbul edə bilmədikləri kimi, Zəfər seçkilərininin uğurla başa çatmasını, Azərbaycan xalqının  bütövlüyünə, suverenliyinə səs verməsi prosesini qəbul edə bilmirlər. Artıq hər şey bəllidir və  Azərbaycan xalqı böyük coşqu ilə seçkilərə getdi. Seçkilərdə böyük aktivlik nümayiş olundu. Hazırkı məqamda dünyanın bir sıra inkişaf etmiş, uzun illər ərzində müstəqilliyini elan etmiş və Azərbaycanla müqayisədə daha çox seçkilər keçirmiş dövlətlərlə müqayisə etsək, bu seçki Azərbaycanda böyük coşqu, aktivliklə nümayiş olundu. Artıq seçkinin nəticələri də bəllidir. Təbii ki, burda təəccüblü məqam yoxdur. Bir xalqın, bir cəmiyyətin, bir seçicinin özünün qələbəsinə səs verməsindən təbii bir şey ola bilməz. Hesab edirəm ki, Azərbaycan xalqı da eyni cür davrandı. Bizə qarşı beynəlxalq aləmdə səfərbər olunmaları, beynəlxalq platformalarda antiazərbaycan meyillərinin ortaya qoyulması təbii ki, səngiməyəcək. Hesab edirəm ki, bundan sonra da biz bu prosesin şahidi ola bilərik. Amma tarixi Zəfər seçkisi təkcə bizim ərazilərimizin suverenliyinin, bütövlüyünün tam təmin olunması və müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ərazilərində keçirilməsi ilə yadda qalmadı. Bu seçkilər Azərbaycan seçicisinin, xüsusilə də işğal altında olan ərazilərdən olan seçicilərin öz doğma yurdlarında səs verməsi və nəhayət ki, Azərbaycan seçicisinin səsinin Şuşadan, Xankəndidən, Ağdərədən, Xocalıdan, Laçından, Zəngilandan gəlməsi ilə yadda qaldı. Düşünürəm ki, bu seçkilər nəticəsində seçilmiş Prezident İlham Əliyev artıq dünya dövlətləri tərəfindən rəsmi şəkildə təmaslarda olarkən onun Azərbaycan dövlətinin Prezidenti kimi, qarşılanması, qəbul edilməsi, onunla ünsiyyətin saxlanılması dolayı yolla həmin dövlətlərin hamısının Azərbaycanın ərazi bütovlüyünü tanıması anlamına gəlir. Çünki, o, Prezident kimi həm də Xankəndi, Şuşa, Laçın, Zəngilandan, işğaldan azad edilmiş digər ərazilərdən seçilib. Təbii ki, həmin ərazilərin Azərbaycana aid olduğunu legitim şəkildə qəbul edilməsi anlamına gəlir ki, bu da bizim üçün çox önəmli hadisədir. Düşünürəm ki, bu prosesin arxada qalmasından sonra artıq Azərbaycan xalqı tarixdə ilk dəfə qələbə seçkilərini keçirdi və özünün qalib liderini seçdi. Biz bundan öncə çox təəssüflər olsun ki, qələbə seçkilərimizi keçirə bilməmişdik. Bizim ərazilərimiz işğal altına idi. Amma 2020-ci ildən sonra artıq Azərbaycan öz probleminin həllinə nail oldu, qələbəsini təmin etdi və ilk dəfə qələbə seçkiləri keçirildi. Bizdən öncə isə Ermənistan 2021-ci ildə məğlubiyyət və kapitulasiya seçkilərini keçirdi. Bu seçkilər arasında ən ciddi fərq məhz bununla bağlıdır. Eyni zamanda Azərbaycan xalqı elə bir xalqdır ki, bizim üçün dünyada demokratiya, insan azadlıqları, digər dəyərlər çox önəmlidir. Amma ən öndə gedən məqam ana, torpaq, Vətəndir ki, Azərbaycan xalqı bunu hər şeyin üfüqündə görür. Azərbaycan xalqı bu seçkidə özünün prinsipial və qətiyyətli mövqeyini bir daha ortaya qoydu və bütün dünyanın diqqətinə çatdırmış oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31