Qarabağ iddiasının əks olunduğu bəyannamə ləğv olunmalıdır- ÖZƏL
8 Fevral 2024 13:25 Siyasət"Paşinyanın çıxışından aydın olur ki, Ermənistanın müstəqillik bəyannaməsinin və bu bəyannaməyə istinad edən konstitusiyasının dəyişdirilməsi, yaxud tamamilə yenilənməsi sülh sazişinin mətnində öz əksini tapıb". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib: "Mətndə konkret "bəyannamə və konstitusiya" sözü yazılmasa da, qeyd olunur ki, "tərəflər bu müqavilə ilə götürdükləri öhdəliklərin heç birini yerinə yetirməmək üçün öz qanunvericiliklərinə istinad edə bilməzlər".
Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyini müstəqillik bəyannaməsinə istinadən poza bilməz. Bunun üçün də Qarabağ iddiasının əks olunduğ mövcud bəyannamə ləğv olunmalı, bu sənədə istinad edən kontitusiya ən azı dəyişdirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31