Xalq yekdilliklə ona tarixi zəfər yaşadan liderə səs vermiş oldu - ÖZƏL

"Azərbaycan xalqı çox möhtəşəm bir prosesi gerçəkləşdirmiş oldu. Prezident seçkiləri ümummilli bir tədbirdir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Ümumiyyətlə, xalqın, dövlətin taleyində bütün seçkilər, xüsusən prezident seçkiləri önəmli, əhəmiyyətlidir. Amma nəzərə alanda ki, biz bunu hansı mərhələlərdən, hansı tarixi proseslərdən keçərək  gerçəkləşdirmiş olduq, bu seçkini keçirmiş olduq, onda bunun özəlliyi və əhəmiyyəti daha da gözümüzün önündə canlanacaqdır. Azərbaycan xalqı çox böyük fəallıq göstərdi. Bu seçkilərin bir özəlliyi bütün ərazi bütövlüyümüzü bərpa edəndən sonra bütün Azərbaycan ərazisində bunu keçirə bilmək imkanımız idisə, digər özəlliyi də xalqın yüksək fəallığı ilə keçirilməsi idi və üstəlik mən sizə deyim ki, heç bir konfrantasiyasız, qarşıdurmasız, gərginliksiz biz bu seçkiləri müşahidə etdik və xalq demək olar ki, yekdilliklə, eliliklə, onu qələbədən qələbəyə aparan, ona tarixi zəfər yaşadan liderə- İlham Əliyevə səs vermiş oldu. Bununla da biz böyük bir mərhələni, prosesi çox uğurlu, alnı açıq şəkildə adlamış olduq və düşünürəm ki, Azərbaycan xalqı 2024-cü il girəndən qlobal çağırışlara cavab vermək üçün bu möhtəşəm prosesi bu cür peşəkarlıqla, yüksək səviyyədə icra edərək artıq öz fəaliyyətinin, Azərbaycan dövlətinin, xalqının fəaliyyətinin və İlham Əliyevin fəaliyyətinin təkcə Azərbaycan çərçivəsində deyil, regional qlobal çərçivədə də icra etməkdə hazır olduğunu göstərdi. Biz artıq qlobal çağırışlara, regional və qlobal fəaliyyətlərə tam olaraq öz liderimizlə bir yerdə yüksək səviyyədə cavab  verə  və bu prosesləri gerçəkləşdirə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31