Azərbaycan xalqı öz müdrik seçimini etdi- İLHAM ƏLİYEV!
9 Fevral 2024 08:00 SiyasətHeç bir qüvvə Azərbaycan xalqının iradəsinə qarşı çıxa bilməz
Bu da Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi... Fevral ayının 7-də seçki hüququna malik ölkə vətəndaşlarının böyük hissəsi öz seçimlərini etdilər. İnsanlar Konstitusiya hüquqlarından bəhrənələrək vətəndaşlıq mövqeyini ortaya qoymaqla millətin və dövlətin gələcəyinin siyasi xəttini müəyyən etdilər. Seçicilərin böyük əksəriyyəti Prezident İlham Əliyevi dövlət başçısı kimi görmək istədiklərini öz səsləri ilə təsdiqlədilər. Etiraf edək ki, vətəndaşlar təkcə Prezident İlham Əliyevə deyil, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə səs verdilər. İlham Əliyevin yürütdüyü siyasətin mahiyyəti olan demokratiya, sülh, sosial təminat və ən nəhayət öz rifahlarına və gələcək təhlükəsiz həyatlarına səs verdilər. Sadə vətəndaşdan tutmuş siyasi partiyalara qədər, vətəndaş cəmiyyətləri, dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir fərd gələcək təminatına vəsiqə qazandı, dünyada yaranmış yeni reallıqdan alnı açıq, üzü ağ çıxmağı bacaracaq siyasi xadimi dəstəklədi. Növbədənkənar prezident seçkilərinin digər bir özəlliyi ondan ibarət idi ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində seçki keçirildi. İlk dəfə olaraq işğaldan azad olunmuş ərazilərimizdə 23 min insan səsvermədə iştirak etdi. On səkkiz yaşından tutmuş 124 yaşına qədər hər bir Azərbaycan vətəndaşının seçki qutusuna atdığı bülleten düşmən gözünə sancılmış ox oldu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi isə Cənubi Qafqazda münaqişə ocağı yaratmağı planlaşdıranlaran məkrli qüvvələrin siyasi karyerasının üzərindən qara xətt çəkmiş oldu. Bütün dağıdıcı çəhdlərə, yerli-yersiz irəli sürülən ittihamlara, seçkini pozmağa yönəlik təxribatlara baxmayaraq artıq Azərbaycan xalqı bayram əhval ruhiyyəsi ilə prezident seçkilərinin nəticəsini qeyd edir. Başqa sözlə, Azərbaycan xalqı öz seçimində yanılmadığının fərqindədir. Çünki dünyada hökm sürən qarışıqlıq, yeni dünya düzəminin və yeni reallıqların yarandığı bir şəraitdə prezident İlham Əliyevə alternativ kimsə yoxdur. Adını Azərbaycanın hərb tarixinə qalib sərkərdə kimi həkk etdirən İlham Əliyev misli görünməmiş zəfərə nail olub. İki yüz il ərzində ölkəyə rəhbərlik edən liderlərin, son 30 oldə isə dünyanın ən nüfuzlu güc mərkəzlərinin həll edə bilmədiyi məsələni sona çatdırıb. Daha dəqiq, işğal altında olan torpaqları geri qaytararaq Azərbaycanın ərazü bütövlüyünü təmin edib, təkcə regionda deyil, bütün dünyada yeni reallıqlar yaradıb. İndi Azərbaycanın imzası olmadan Cənubi Qafqazda heç bir layihənin reallaşdırılması mümkün deyil. Dünya liderləri İlham Əliyevi ən etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycanın Avropa ölkələri üçün nə qədər əhəmiyyət daşıdığı göz qabağındadır.
Onu da etiraf edək ki, seçkilərin nə qədər demokratik və şəffaf şəkildə keçirilməsinə baxmayaraq antiAzərbaycan qüvvələr öz məkrli niyyətlərini ortaya qoyacaqlar. Sirr deyil ki, Azərbaycan xalqının seçkilərdəki iradəsinin ifadəsi ölkəmizi istəməyən kəsimlərin yuxusunu ərşə çəkəcək. Hətta ola bilsin ki, erməni diasporasının təsiri altında olan bəzi beynəlxalq təşkilatların qərəzli bəyənatları seçkilərdən öncə hazırlanıb və indi "məqamında" yayımlanacaq. Azərbaycana qarşı səlib yürüşü elan edilərək seçkilərin nəticələrini şübhə altına salmaq cəhdləri də gözləniləndir. Ancaq, bütün bu cəhdlərin səmərəsiz olması, Azərbaycanı yolundan döndərməyin əbəs olması gün kimi aydındır. Odur ki, ölkəmizi istəməyən qüvvələr birmənalı şəkildə qəbul etməlidirlər ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri tam şəffaf və demokratik qaydada keçirilib. Bunu seşki prosesini izləmiş on minlərlə yerli və beynəlxalq müşahidəçilər də etiraf edir. Bildirirlər ki, Azərbaycanda seçkilərə çox yüksək səviyyədə hazırlıq işləri aparılıb. Hətta ölkənin ən ucqar kəndlərindəki məntəqə komissiyalarının belə işi yüksək səviyyədə qurulub. Azərbaycan seçiciləri də yüksək əhval-ruhiyə ilə konstitusion hüquqlarını həyata keçirərək səs veriblər. Nəticə olaraq prezident seçkiləri sakit şəraitdə və ədalətli keçib. Belə bir şəraitdə seçkilərin guya antidemokratik şəraitdə keçirilməsini dilə gətirmək vicdansızlıqdan başqa bir şey deyil.
Yeri gəlmişkən qeyd edək ki, növbədənkənar prezident seçkiləri təhlükəsizlik baxımından da ən yüksək səviyyədə hazırlanıb. Seçkidə insanlara təzyiq göstərilməsi, seçicilərin təhdid edilməsi ilə bağlı hüquq mühafizə orqanlarına bir dənə də olsun müraciətin daxil olmaması dediklərimizi bir daha təsdiq edir. Məhz görülən təhlükəsizlik tədbirlərinin nəticəsi olaraq, eyni zamanda ölkədə yaradılan sabit şəraitə görə həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə izləyə biliblər. Bu isə o deməkdir ki, təcrübə baxımından seçki prosesinin hazırlanaraq həyata keçirilməsi ilə bağlı Azərbaycandan nümunə götürüləcək çox məqamlar var.
Bir daha qeyd edək ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində fəali iştirak edərək öz gələcəklərinə təminat almış oldular. Xatırladaq ki, dövlət başçısı bütün çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq Azərbaycanın bu sahədə də nümunəvi ölkə olduğunu qeyd edib: "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir".
Artıq xalq Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin inamlı qələbəsini qeyd edir. Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad edilən və yenidən qurulan rayonların sakinlər də prezident seçkilərində İlham Əliyevin qələbəsini bayram əhvali-ruhiyyəsində təsdiq edirlər. 30 ildən sonra doğma yurdlarında məskunlaşan sakinlər təbii olaraq prezident seçkisinin nəticələrini böyük sevinclə qarşılayırlar. Axı bu, həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təntənəsidir. Dövlət başçısının təbiri ilə desək, müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir. Odur ki, artıq heç bir qüvvə, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycan xalqın iradəsinə qarşı çıxa olmaz. Çünki, Azərbaycanda hakimiyyətin mənbəyini xalq təşkil edir, xalq da öz seçimini edib.
Alim Hüseynli