Prezident seçkiləri bütün qaydalara uyğun keçirildi - Milorad Kojik
8 Fevral 2024 11:34 SiyasətAzərbaycanda Prezident seçkiləri bütün qaydalara uyğun keçirildi.
Olaylar.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Bosniya və Herseqovinadan olan deputat Milorad Kojik deyib.
"Seçkilərin keçirilməsinə bütün inzibati qurumlar yüksək səviyyədə hazırlaşmışdılar. Mənunluqla qeyd etmək istərdim ki, seçkilərin təşkilində iştirak edən qurumlar çox peşəkar hazırlaşmışdılar. Bizim oldğumuz məntəqələrdə seçicilərin səs verməsi üçün şərait çox yaxşı təşkil edilmişdi. Vurğulayım ki, seçkilərdə, həmçinin, əlilliyi olan şəxslər də iştirak edirdi, onların rahatllığı üçün bütün şərait yaradılmışdı", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən Prezident seçkiləri milli qanunvericiliyə və eyni zamanda, beynəlxalq standartlara uyğun keçirilib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.