ABŞ-də səsvermə seçici fəallığı ilə başa çatıb - FOTOlar
8 Fevral 2024 10:14 SiyasətAzərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib: "Seçicilərin fəallığı baxımından səsvermə çox yüksək səviyyədə keçib. Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)