Sosioloji Tədiqatlar Mərkəzi “exit-poll”un nəticələrini açıqlayıb

"Sosioloji Tədiqatlar Mərkəzi" MMC 7 fevral prezident seçkilərində kerçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb. Olaylar.az xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin direktoru Natalya İsayeva bildirib ki, "exit-poll" təsadüfi üsulla seçilmiş 25 dairədə, 125 seçki məntəqəsində keçirilib: "Ümumilikdə, "exit-poll"a 5016 nəfər seçici cəlb edilib. Onların 24 faizi Bakı şəhəri, 7,9 faizi böyük şəhərləri (Gəncə və Sumqayıt), 23,8 faizi kiçik şəhər və qəsəbələri, 44,3 faizi isə kənd sakinləri olub: "Exit-poll"da iştirak edənlərin 51,2 faizini qadınlar, 48,8 faizini kişilər təşkil edib. Respondentlərin 35,6 faizi 18-35 yaş arası, 38,9 faizi 36-55 yaş arası, 23,5 faizi isə 55 yaşdan yuxarı idi".

N.İsayevanın sözlərinə görə, "exit-poll"un nəticələri göstərir ki, seçicilərin böyük əksəriyyəti hazırki ölkə rəhbərinə səs verib. "Exit-poll"da sorğulanan seçicilərin səs verdiyi namizədlər üzrə paylanması isə belədir:

Fuad Əliyev 0,4 faiz (+ - 0,3 faiz)

İlham Əliyev 92,4 faiz (+ - 1,1 faiz)

Qüdrət Həsənquliyev 1,6 faiz ( + - 0,5)

Elşad Musayev 0,8 faiz (+ - 0,4)

Fazil Mustafa 2 faiz  (+ - 0,6)

Razi Nurullayev 0,6 faiz (+ - 0,3)

Zahid Oruc  2,2 faiz (+ - 0,6).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31