Macarıstandakı səfirliyimizdə seçicilərin 80 faizdən çoxu səs verib

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Budapeşt şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 19 saylı Nərimanov birinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə prosesində seçici fəallığı müşahidə edilir. Secki-2024.az saytı xəbər verir ki, saat 14:00-dək seçicilərin 80 faizdən çoxu seçkilərdə iştirak edib.

Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31