Rusiyanın "Birinci kanal" federal televiziya kanalında Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri barədə reportaj yayımlanıb.
Reportajda seçki məntəqələrində fəallığın yüksək olduğu, ilk bir neçə saat ərzində seçicilərin 20 faizinin səs verdiyi, günün sonuna qədər isə rekord səviyyəyə qalxmasının gözlənildiyi bildirilib.
MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev "Birinci kanal"a müsahibəsində qeyd edib ki, missiyanın üzvləri respublikanın bölgələrində də seçkilərin mütəşəkkil və düzgün keçirildiyi barədə məlumat verirlər.