JEM sədri: “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə jurnalistlər üçün zəruri iş şəraiti yaradılıb”

"Səsvermə prosesini işğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə izlədik. Seçici fəallığı kifayət qədər yüksək idi". Bunu secki-2024.az saytına açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib. O bildirib ki, müşahidə apardığı 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı məntəqəsində və 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində prosesi işıqlandıran jurnalistlər hərtərəfli  iş şəraiti yaradılıb:

"Jurnalistlər Seçki Məcəlləsinin müvafiq tələblərinə yüksək səviyyədə əməl edirlər. Bunun nəticəsidir ki, yerli və beynəlxalq ictimaiyyət seçkinin gedişatı ilə bağlı operativ, dürüst şəkildə məlumatlandırılır. Hər hansı qanun pozuntusuna rast gəlımədik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31