Türkiyəli deputatlar seçkilərin gedişini izləyirlər - Seçicilərin fəallığı nəzərə çarpır
7 Fevral 2024 11:45 SiyasətÖlkəmizdə növbədənkənar prezident seçkilərində seçici izdihamı müşahidə olunur.
Olaylar.az xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilən növbədənkənar prezident seçkilərini izləmək üçün ölkəmizə gələn xarici nümayəndələr arasında yer alan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları da var. Onlar 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində seçki prosesini izləyiblər, seçicilərlə şəffaf seçkilər üçün yaradılan şəraitlə bağlı fikir mübadiləsi aparıblar.
Həmin kadrları təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31