Məntəqə sədri: "Hazırda seçkidə böyük izdiham müşahidə edirik"
7 Fevral 2024 09:54 SiyasətMəntəqə saat 08:00-da açılıb. Hazırda seçkidə böyük izdiham müşahidə edirik. Vətəndaşlar böyük həvəslə istədikləri namizədə səs verirlər. Secki-2024.az saytı xəbər verir ki, bu barədə 24 saylı Nizami I seçki dairəsinin 11 saylı məntəqəsinin sədri Mətanət Cabbarlı məlumat verib. Sədr vurğulayıb ki, məntəqə üzrə 1446 seçici qeydiyyatdadır. Onun sözlərinə görə, məntəqədə veb-kamera və sağlamlıq imkanları məhdud insanlar üçün pandus quraşdırılıb.
Qeyd edək ki, seçki prosesini çoxsaylı yerli müşahidəçilər və məşvərətçilər izləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31