Kəlbəcərdə seçkiləri 28 yerli müşahidəçi izləyəcək

İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. Secki-2024.az saytı xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki dairəsinin Kəlbəcərdə iki məntəqəsi yaradılıb. Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yaradılan 63 saylı seçki məntəqəsində 603, Kəlbəcər Su - Kanal idarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 nəfər səsvermədə iştirak edəcək.

Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata alınıb. Seçkilərin gedişini ümumilikdə 28 yerli müşahidəçi izləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31