Laçın rayonunda səsvermə başlayıb
7 Fevral 2024 09:12 Siyasətrayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. Secki-2024.az saytı Qarabağ bürosu xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31