Ermənistan yaxın zamanda bu problemin ağırlığı ilə üzləşəcək-Tofiq Abbasov- ÖZƏL

"Bu artıq çoxdanın ənənəsi və tendensiyasıdır. Ermənistanda mərkəzləşmiş dövlət idarəçiliyi yoxdur".

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bu zəiflik də ondan irəli gəlir ki, ölkədə birinci kürsüdə özünü görmək istəyənlərin sayı kifayət qədərdir. Bu da bilavasitə Nikol Paşinyanın zəifliyindən qaynaqlanan bir göstəricidir. Əlbəttə, burada Ermənistanı hələ çox çətin, ağrılı sınaqlar, imtahanlar gözləyir. Məhz bu imtahanların da səbəbi ondan ibarətdir ki, ölkə rəhbərliyi, xüsusilə də Nikol Paşinyan özündə qətiyyət tapıb bütün hakimiyyətin məsuliyyətini üzərinə gptürə bilmir. Ya götürə bilmir, ya buna imkan vermirlər.  Amma məsələ burasındadır ki, siyasətdə bu imkanlar heç vaxt verilmir, istəyən ona nail olur. Bu prosesdə də onun daxili gücü, enerjisi, qətiyyəti, həm də məharəti lazımdır. Bu proseslərin günahı haqqında danışmağa yer varsa, günah və günahkar bilavasitə Nikol Paşinyan özüdür. Biz görürük ki, Nikol Paşinyan bəzən sağlam ruhlu bəyanatlat da səsləndirir və onlar Azərbaycana ünvanlanır. O ki, qaldı Ermənistandakı bu vəziyyətin dəyişilməsi perspektivlərinə, hər an hər şey baş verə bilər. Çünki, Ermənistanda dövlətçiliyin dirəkləri çox zəifdir, sütunlar demək olar ki, hamısı laxlayır. Belə olduğu halda görürük ki, Parlamentin sədri ilə Təhlükəsizlik Şurasınıb rəhbəri vaxtaşırı rəsmi İrəvanın sözünə zidd gedən bəyanatlar səsləndirirlər, hakimiyyət səviyyəsində müstəqil olmalarını gözə çarpdırırlar. Digər tərəfdən biz Ararat Mirzoyanda belə istəklər görürük. Bunların hamısının günahı bilavasitə hökumətin rəhbəri olan Nikol Paşinyanın üzərindədir. Əlbəttə ki, orda hələ çox çalxalanmalar olacaq. Hələ də dövlətçilik sükanının bir əldə olması şübhələr doğurur. Əgər vəziyyət dəyişilərsə, Nikol Paşinyan devrilərsə, əlbəttə ki, yeni adamlar gələcək, komandada dəyişikliklər olacaq. Ancaq bunun Azərbaycana heç bir təsiri olmayacaq. Kifayət edən odur ki, Azərbaycan özünə güvənən bir məmləkətdir, öz dövlət sistemini çoxdan qurub, bizdə idarəçilimdə mərkəzləşdirilmiş sistem mövcuddur. Dövlət başçısı demək olar ki, bütün orqanların, istər qanunverici, istər icraçı məhkəmə orqanı, məsuliyyətini birinci şəxs özündə həm hiss edir, həm o idarəçilikdə məharətlə bütün bu  proseslərin hamısına dəstək verir. Bizdə Ermənistandakı kimi əyintilər yoxdur. Məsələn, hakimiyyətin hansısa qolu bir qədər güclənsin və dövlətçilik gəmisi əyilsin. Odur ki, Ermənistan gərək öz proseslərini öz milli kimliyini prioritet tutaraq tənzimləsin ki, Azərbaycanla danışığa çıxanda bütöv bir qüvvə kimi çıxış etsinlər. Çünki, biz Azərbaycan olaraq bütöv qüvvəyik, rəsmi Bakının mövqeyi çoxdan bəllidir. Ermənistana gəldikdə görürük ki, orda daim əyintilər, mərkəzdənqaçma məqamları var, sözlə əməlin bütövlüyünü görmürük. Ona görə də burda problemli vəziyyət yalnız və yalnız Ermənistanın özündədir. Ermənistan gərək bu məsələlərin hamısının qarşısını alsınlar ki, Ermənistan suveren dövlət kimi səhnədə özünü təsdiqləsin. Nəhayət dövlət simvollarında cəfəng sarsaq şeylər ki, var onların da gərək qarşısı alınsın ki, Ermənistan bölgədə sağlam bir qüvvə kimi özünü təsdiqləsin. Bunlar olmasa, onların dövlətçiliyinin də gələcəyi böyük müəmmalarla qarşılaşacaq. Elə hesan edirəm ki, Ermənistan ən yaxın zamanda bu problemin ağırlığı ilə üzləşəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31