Azərbaycanın artan nüfuzu göz qabağındadır- ÖZƏL
6 Fevral 2024 16:56 Siyasət"Tarixi Zəfərimizdən sonra Azərbaycanın artan nüfuzu, siyasi çəkisi göz qabağındadır. Təbii ki, bu, ondan irəli gəlir ki, ölkəmiz şanlı Qələbəsi ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və bunu təsdiqləmək üçün səylər göstərilməli, tarixi ədalətə əsaslanan təbliğatımızı davam etdirməliyik. Həmçinin bu prinsiplərin tətbiqi üçün vahid mexanizm olarsa o zaman dünyada etimad mühiti yaranar ki, bu da ölkələrarasında əlaqələrin uğurlu inkişafında əsas faktordur". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib:
"Azərbaycan tarixi Zəfəri ilə sözünün imzası qədər dəyərli olduğunu bir daha təsdiqlədi. Yaratdığı reallıqlarla dünya siyasətində yeniliklərə yol açdı. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan bu gün də çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrinin əsas təşəbbüsçüsü və iştirakçısıdır. Bu mühüm uğurumuzu da xüsusi qeyd etməliyik ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dörd il sədrlik etdi. Ötən ilin sonunda quruma sədrlik müddəti başa çatdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə təsadüf etdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan uğurlu addımları ilə qurumun beynəlxalq nüfuzunu artıran davamlı addımları ilə diqqətdə oldu".