Fransa regionda dağıdıcı siyasət həyata keçirir- ÖZƏL

"Ölkəmizin uğurlarını qəbul etmək istəməyən dövlətlər davamlı olaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurlar. Bu ölkələrdən biri məhz Fransadır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbovun sözlərinə görə, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident İlham Əliyev bu haqda fikir bildirərkən qeyd etdi ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır: "Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31