Sülh müqaviləsinin imzalanması daha çox Ermənistanın marağında olmalıdır- ÖZƏL

"Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistanın başqa yolu yoxdur. Əgər Ermənistan regionun güc mərkəzi olan Azərbaycan ilə münasibətərini normallaşdırmaq istəyirsə, o zaman sülh müqaviləsini imzalayaraq, birdəfəlik Azərbaycan ərazilərinə, eləcə də, Türkiyənin və digər ölkələrin ərazi iddiasına son qoymasını məhz bu müqavilədə təsdiqləməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
"Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törətməzsə, biz sülh müqaviləsinin və perspektiv sülh atmosferinin yaradılmasına ümid edə bilərik. Ancaq burada yenə də Ermənistanın və orada mövcud olan dairələrin bu məsələdə yekdil olması lazımdır ki, onlar erməni daşnaq ideologiyasından özlərini azad etsinlər. Yeri gəlmişkən, sülh müqaviləsinin imzalanması artıq Azərbaycandan daha çox Ermənistanın marağında olmalıdır. Çünki Azərbaycanın Qarabağda keçirdiyi son hərbi əməliyyatlar nəticəsində   öz ərazilərini tamamilə işğaldan azad etməsi, separatçı qurumun özünü buraxması, Ermənistanın başqa bir şansının olmamasını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31