Putinin Federal Məclisə müraciətinin ilkin tarixi AÇIQLANIB
6 Fevral 2024 15:50 SiyasətRusiya prezidenti Vladimir Putinin Federal Məclisə illik müraciəti 28 fevral - 8 mart aralığında baş tuta bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
"Bunu istisna edə bilmərik", - Peskov Putinin müraciətinin sözügedən tarixlərdə keçiriləcəyi ilə bağlı "Kommersant" qəzetinin yaydığı məlumatı şərh edərkən bildirib.
Qeyd edək ki, "Kommersant" prezident administrasiyasına yaxın dörd mənbəyə istinadən Putinin müraciətinin 28 fevral - 8 mart aralığında bir tarixdə baş tutacağını yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31