Türkiyə ilə Azərbaycan qədər səmimi qardaşlıq nümunəsi yoxdur- ÖZƏL

"Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında Azərbaycan qüvvəsini qardaş ölkədə zəlzələnin yaratdığı fəsadların qaldırılmasına səfərbər olunub, lazımi dəstəyini göstərməkdə davam edir. Azərbaycan Liderinin ilk dəqiqələrdən qardaş ölkənin yanında olmasını ifadə edən göstərişləri və dövlətin bu münasibətinə xalqın dəstəyi Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini bir daha bütün dünyaya göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Rəşad Mahmudov deyib: "Azərbaycan Prezidenti dövlətimizin bütün resurslarını Türkiyədən olan qardaşlarımıza yardıma səfərbər etməsi ilə qardaşlıq və müttəfiqliyin bütün zamanlar üçün əbədi olmasını təsdiqlədi. Dünya bir daha şahid oldu ki, Türkiyə ilə Azərbaycan qədər səmimi qardaşlıq  nümunəsi yoxdur və iki dövlətin bir milləti sevinci də, kədəri də  birgə yaşayır. Türkiyə elə Azərbaycandır, Vətəndir bizim üçün. Qarabağ Azərbaycan olduğu kimi. Tanrı iki dövlətin bir millətini bir daha sınağa çəkməsin! Səninləyik, əziz Türkiyə. Qardaşlığımız da müstəqilliyimiz kimi əbədidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31