MSK sədri: “Siyahılarda 6 milyon 478 min 623 seçicinin adı var”

"Sabah Azərbaycanda tarixi gündür". Secki-2024.az saytı xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. Məzahir Pənahovun sözlərinə görə, sabah keçiriləcək seçkilər Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir: "Azərbaycan seçiciləri ilk dəfə olaraq suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalan seçicilərimiz başqa ərazilərimizdə səs verirdilər. Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra həmin o ərazilərdə səsvermə keçirəcəyik. İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə yaratmışıq".

Məzahir Pənahov əlavə edib ki, hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Seçicilər 6 537 məntəqədə səs verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31