MSK sədri: "Sabahkı seçkilərin əsas əhəmiyyəti də müasir Azərbaycanın bütün ərazilərində keçirilməsidir"
6 Fevral 2024 15:03 SiyasətSabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sabah Azərbaycanda tarixi gündür: "Hesab edirəm ki, sabahkı seçkilərin əsas əhəmiyyəti də müasir Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Azərbaycanın əraziləri 30 ildən çox işğalda qalmışdı və 800 minə yaxın insanımız köçkün düşmüşdü. Ona görə də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs verirdi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz suverenliyini bərpa etdi və sabah azad edilmiş ərazilərdə də səsvermə keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31