Prezident seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı açıqlanıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub. Secki-2024.az saytı xəbər verir ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. Azərbaycanın hər iki ölkənin paytaxtı - Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb. Seçicilər sabah - fevralın 7-də müvafiq olaraq məntəqələrində səs verə biləcəklər.

Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31