Azərbaycanla eskalasiya ssenarisi hələ də aktual olaraq qalır- ÖZƏL

Rəsmi İrəvan Moskvanın "müttəfiqliyindən" imtina etmək və Qərbin "təhlükəsizlik çətiri" altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə,  qarşıdakı dövrdə bu senarinin tətbiqi istisna edilməməlidir: "Bu ssenarilərdən biri Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır. Həmin ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir.
Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə "Azərbaycanın Ermənistana hücum hazırlığı" kontekstində təqdim edilməsi isə erməni təxribatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31