Bu Fransanın dövlət siyasəti səviyyəsində soyqırım cinayətidir-Yusif Bağırzadə- ÖZƏL

"Fransa hakimiyyətinin insan haqlarını kobud surətdə pozması artıq ənənəvi hal alıb". 

Bu filirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a olan açıqlamasında bildirib:

"Xüsusilə Korsika əhalisinə təzyiq və güc tətbiq edilməsi ciddi narahatlıq doğurur. Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi etməklə mütəmadi olaraq mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 355 mindən arıtq əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur.
Lakin korsikalılar daim müstəqillik və ya muxtariyyət hüququnun genişləndirilməsi tələbi ilə çıxış ediblər. Tələblər sırasına Fransa konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, "Korsika dili"nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması, Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi də daxildir. Rəsmi Paris isə bütün gücü ilə bu tələblərə qarşı çıxır və davamlı şəkildə Korsikada olan milli fəalları represiyalara məruz qoyur. Keçən ilin sonlarında Fransa hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatları adı altında repressiv tədbirlər həyata keçirilməsi və Azad Korsika Partiyasının onlarla üzvünün terrorçu ittihamı ilə həbs olunması, eləcə də bir neçə gün əvvəl Korsikada yeni yaranmış "Nazione" hərəkatının fəallarına qarşı güc strukturlarının təqiblərə başlaması, insan haqlarına zidd formada onların evlərinə hücum edərək azyaşlıların olduğu mənzillərin qapılarının partlayıcılarla dağıdılması, uşaqlarının gözü önündə valideynlərinə fiziki zor tətbiq edilməsi bunun bariz sübutudur. 
Demokratiya və insan haqları pərdəsi altında başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan Makron diktaturasının insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna bu cür vəhşi reaksiya göstərməsi, Korsika dilini və milli kimliyini məhv etmək siyasəti yürütməsi özlüyündə Fransanın dövlət siyasəti səviyyəsində soyqırım cinayətidir. 
Paradoksal hal odur ki, korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir. Nədənsə Qarabağda baş verən hadisələri xalqların öz müqəddəratını təyinetmə hüququ ilə əlaqələndirən Fransa Korsikada baş verənləri "separatizm"in təzahürü kimi qiymətləndirir.
Baş verənlər sözsüz ki, vandallıqdır və qəbuledilməz davranışdır. Beynəlxalq birliyin dərhal məsələ ilə bağlı açıq mövqeyini bəyan etməsi və bu vəhşiliyə son qoyması lazımdır. Çünki Fransa bu cür əməlləri ilə "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ı, "Uşaq hüquqları Konvensiyası"nı, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası"nı, "Əsas hüquqlar üzrə Avropa Xartiyası"nı, "Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi"ni, "Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası"nl və s. bu kimi universal xarakter daşıyan sənədlərin tələblərini kobud formada pozmaqla əslində bəşəri təhdidə çevrildiyini sübut edib. Bu təhdidin aradan qaldırılması üçün beynəlxaq birliyin səfərbər olması şərtdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31