Sülh sazişi imzalanmadan regional əməkdaşlıq mümkün deyil- ÖZƏL
6 Fevral 2024 11:41 Siyasət"Erməni tərəfi Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanımaqla gələcəkdə revanş imkanlarını qoruyub saxlamağa çalışır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynova deib: "Təəssüflər olsun ki, İrəvanı fəal dəstəkləyən bir sıra Qərb siyasətçiləri guya sülh sazişinin imzalanmasında heç bir hüquqi maneə görmürlər. Onlar Ermənistan qanunvericiliyinin bütün bu saxtakarlığına göz yumur, bunun ölkələr normal münasibətlərin qurulmasına maneə olmadığını bilidirirlər. Baxmayaraq ki, hamı yaxşı bilir ki, sülh sazişi imzalanmadan nə regional nəqliyyat kommunikasiyalarının açılması, nə Ermənistanın Türkiyə ilə sərhədinin açılması, nə region ölkələri arasında iqtisadi əməkdaşlığın qurulması mümkün deyil".